Poroşenko:Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər

Ukrayna Silahlı Qüvvələrinin “Anna Kiyev” 155-ci briqadasının şəxsi heyətinin 30 faizindən çoxu Fransada təlim keçib.

Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın eks-prezidenti Pyotr Poroşenko deyib.

Sabiq prezident Fransanın təlim keçdiyi hərbçilərin fərarilik etdiyini bildirib.

“Anna Kiyev” briqadasının təlimlərinin başa çatması noyabrın ortalarında elan edilib. Yanvarın 3-də Fransa Vətənpərvərlər Partiyasının sədri Florian Filippo bu briqadanın 1.7 minə yaxın əsgərinin fərarilik etdiyini açıqlayıb. Onun sözlərinə görə, Fransanın təlim keçdiyi əsgərlər cəbhəyə göndərilməmiş qaçıblar.

Filippo qeyd edib ki, bu “hazırlığın” yeganə məqsədi Makron administrasiyasının özünü reklam etməsi olub.

Fransa Müdafiə Nazirliyi də 155-ci briqadadan fərarilik faktını təsdiqləyib.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button