Portuqaliya Ukraynanın yenidən qurulmasına 137 milyon dollar verəcək

İki ölkə arasında imzalanmış razılaşmaya əsasən, Portuqaliya Ukraynanın yenidən qurulması üçün 137 milyon dollar verəcək.

Polise.az  Sinxua agentliyinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Portuqaliyaya səfəri zamanı tərəflər təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq haqqında onillik saziş imzalayıblar.

Zelenski dəstəyə görə minnətdarlığını bildirib və Portuqaliyanı ölkəsinin yenidən qurulmasında tərəfdaş adlandırıb.

“Bu onillik müqavilə müharibənin 10 il davam edəcəyi anlamına gəlmir, bu, Ukraynanın yenilənməsi, reabilitasiyası və humanitar yardımı əhatə edən strateji sazişdir”, – deyə Ukrayna Prezidenti bildirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button