Prezident: Azərbaycan Ukraynaya humanitar yardımı davam etdirəcək

Azərbaycan Ukraynaya humanitar yardımı bundan sonra da davam etdirəcək.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul edərkən bildirib.

Söhbət zamanı Azərbaycanın və Ukraynanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədikləri qeyd olunub.

Eyni zamanda, iki ölkə arasında energetika, bərpaolunan enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı sahələrində əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button