Prezident: “Buraya bir güllə atılsa, onları elə günə salarıq ki, öz adlarını unudarlar”

“Mən azad edilmiş bu bölgələrdə olarkən, ermənilər tərəfindən törədilmiş vəhşiliyi görərkən bir daha əmin oluram ki, biz nəinki özümüz üçün, bölgəmiz üçün böyük iş görmüşük”.

Bunu Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Qubadlıya səfəri çərçivəsində hərbçilərimiz qarşısında çıxışı zamanı ölkə başçısı dilə gətirib.

İlham Əliyev bildirib ki, biz erməni faşizminin başını əzdik:

“Bizim torpaqlarımızı erməni faşizmi bu günə saldı. Biz Ermənistan faşist dövlətinin, terror dövlətinin belini qırdıq və bu gün məcbur olub, bizim qabağımızda diz çöküb və düzgün nəticə çıxarmalıdır.

Ermənistan cəmiyyəti düzgün nəticə çıxarmalıdır. Revanş hissi ilə yaşayacaqlarsa, onların axırı pis olacaq. Əgər o tərəfdən buraya bir güllə atılsa, – beş kilometrdir buradan Ermənistan sərhədinə, – onları elə günə salarıq ki, ümumiyyətlə, öz adlarını unudarlar”.

Hamısını Göstər

Related Articles

Back to top button