Prezident gənc istedadlara təqaüd ayrılması ilə bağlı sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev gənc istedadlara xüsusi təqaüdlərin verilməsi ilə bağlı Sərəncam imzalayıb.

Polise.az xəbər verir ki, sənədə əsasən, adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 61 847 manat vəsait ayrılıb.

Sərəncama əsasən, Maliyyə Nazirliyi ayrılmış vəsait üzrə maliyyələşməni təmin etməlidir.

Eyni zamanda, Mədəniyyət Nazirliyinə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minib.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button