Prezident Gömrük və Vergi məcəllələrində dəyişiklik etdi

Prezident İlham Əliyev Gömrük və Vergi məcəllələrində dəyişiklik edilməsi ilə bağlı Azərbaycan Respublikasının qanunlarını imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Dəyişikliklərə əsasən, yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, Azərbaycan Respublikasının gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulur və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə köçürülür. 

Qeyd edək ki, bundan əvvəl yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulurdu.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button