Prezident icra başçıları təyin etdi

Bu gün Prezident İlham Əliyevin imzalandığı sərəncamlar ilə, Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətininbaşçısı, Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin ediliblər.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, İmişli və Ağstafanın əvvəlki icra başçıları Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıblar.

Elçin Rzayev indiyədək Yasamal rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini çalışıb. E.Rzayev əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində də işləyib.

Seymur Orucov YAP-ın Səbail rayon təşkilatının sədri, Dövlət İqtisad Universitetinin sabiq rektoru, keçmiş deputat Şəmsəddin Hacıyevin kürəkənidir.

Mənbə
marja.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close