PREZİDENT İCRA BAŞÇISINI VƏZİFƏDƏN AZAD ETDİ – DOSYE

Tofiq Hüseyn oğlu İbrahimov Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

“AzPolitika” Tofiq İbrahimovun dosyesini oxucularına təqdim edir:

Tofiq İbrahimov 1954-cü il yanvarın 1-də Qəbələ şəhərində anadan olub. O, 1970-ci ildə Qəbələ şəhər 1 saylı orta məktəbini, 1975-ci ildə Azərbaycan Dövlət Universitetini (Bakı Dövlət Universitetini), sonra ikinci təhsil kimi Təfəkkür Universitetinin hüquq fakultəsini bitirib.

T.İbrahimov 2004-cü ilin mart ayının 26-da Azərbaycan Prezidentinin sərəncamı ilə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, Azərbaycan Prezidentinin 4 mart 2010-cu il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib.

4 mart 2010-cu ildən 14 aprel 2012-ci ilə kimi Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Prezidentin 7 avqust 2024-cü il tarixli Sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Tofiq İbrahimov Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, üç övladı var.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button