Prezident İlham Əliyev: Bizim vədlərimiz imzamız qədər dəyərlidir
Bizim vədlərimiz imzamız qədər dəyərlidir.
Polise.az xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib.
Dövlətimizin başçısı bildirib ki, son 30 il ərzində imzalanan bütün müqavilələr tam həyata keçirilib, onlar parlament səviyyəsində ratifikasiya edilib və qanun şəklində imzalanıb. “Yəni, həmin müqavilələrin bir sözü, bir ifadəsi belə dəyişdirilməyib. Məhz buna görə də biz daha bir sürətli inkişafı görürük – yaşıl enerji və bərpaolunan enerji resurslarının istehsalı”, – deyə Prezident vurğulayıb.
Polise.az