Prezident İlham Əliyev: Əminəm ki, Azərbaycan-Litva münasibətləri bundan sonra da ardıcıl şəkildə inkişaf edəcək

Prezident İlham Əliyev Litva Respublikasının milli bayramı münasibətilə bu ölkənin Prezidenti Gitanas Nausedayaya təbrik məktubu ünvanlayıb.

Polise.az  xəbər verir ki, Litva xalqını və Prezident Gitanas Nausedayanı milli bayram münasibətilə səmimi-qəlbdən təbrik edən dövlətimizin başçısı məktubunda, həmçinin qeyd edib: “Hazırda ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat, bərpa olunan enerji və digər sahələrdə səmərəli əməkdaşlıq üçün yaxşı imkanlar və perspektivlər vardır. Biz mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə əlaqələrimizin inkişafına, əməkdaşlığımızın daha da dərinləşməsinə nail ola bilərik.

Əminəm ki, Azərbaycan-Litva münasibətləri həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəkdir”.

Prezident İlham Əliyev bu əlamətdar gündə Gitanas Nausedayaya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, Litva xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button