Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə qarşı törədilmiş sui-qəsdi sərt şəkildə pisləyib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Baş naziri Robert Fitsoya qarşı sui-qəsd törədilməsini sərt şəkildə qınayıb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu barədə X sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: “Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi məni dərindən sarsıtdı. Mən bu hücumu qəti şəkildə pisləyirəm. Baş nazir Robert Fitsonun, onun ailəsinin və slovak xalqının yanındayıq. Ona tezliklə şəfa tapmasını arzulayıram”.