Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.
Onun sözlərinə görə, iyunun 17-də Kahramanmaraş vilayətində Azərbaycan hökumətinin dəstəyi ilə tikilən “Azərbaycan” məhəlləsi istifadəyə veriləcək.
“İyunun 17-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 250 mininci mənzil sahiblərinə təqdim olunacaq”, – nazir vurğulayıb.
Polise.az