Prezident Sarkisyan Paşinyanı ikinci dəfə rədd etdi: Ermənistanda hələ də Baş Qərargah rəisi təyin edilməyib

Ermənistan prezidenti Armen Sarkisyan Artak Davtyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsi haqqında fərman layihəsini imzalamayacaq və bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməyəcək. Bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin mesajında ​​deyilir.

“11 mart 2021-ci il prezident baş nazirin Artak Davtyanın Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsi təklifini etirazlarla qaytarıb. Həmin gün baş nazirin prezidentin etirazları ilə əlaqədar əsaslandırması aldıq”, – məlumatda deyilir.

***
19:00

Ermənistan baş Naziri Nikol Paşinyanın aparatı Artak Davtyanın Baş Qərargah rəisi təyin edilməsi üçün yenidən ölkə prezidenti Armen Sarkisyana petisiya göndərdi, bu dəfə əsaslı şəkildə. Bu barədə “RİA Novosti” məlumat yayıb. Sarkisyan cümə axşamı baş nazirin Davtyanı Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilməsi təklifini öz etirazı ilə geri qatarıb.

“Baş nazirin aparatı əsaslandırma ilə yenidən prezidentə Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin olunması üçün vəsatət göndərib”, – aparat nümayəndəsi qeyd edib.

Prezident sənədləri yenidən imzalamasa, qərar avtomatik olaraq qüvvəyə minəcək.

Bundan əvvəl, Paşinyan Sarkisyana baş nazirin səlahiyyətləri əsasında martın 10-dan etibarən istefaya göndərilən general-polkovnik Onik Qasparyanın əvəzinə  Davtyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilməsi üçün vəsatət qaldırmışdı. Qasparyan işdən çıxarılmasına dair İdarə Məhkəməsində etiraz edəcəyini bildirdi.

Hamısını Göstər

Related Articles

Back to top button