Prezident TDT liderlərini Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edib

Azərbaycanla Macarıstan arasında əlaqələrin inkişafından məmnunluq duyuram.

APA-nın Budapeştə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Prezident İlham Əliyev deyib ki, bu, Macarıstana 6-cı səfəridir: “Viktor Orban isə 7 dəfə Azərbaycana səfər edib”.

Azərbaycan Prezidenti qeyd edib ki, keçən il TDT-nin ilk qeyri-rəsmi sammiti Şuşada keçirilib: “Bu il Azərbaycan TDT-nin rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Sizi Zirvə sammitinə dəvət edirəm. Azərbaycan Türk dövlətlərinə 20 milyard dollara qədər sərmayə qoyub. Bu il Türk İnvestisiya Fondunun fəaliyyətə başlayacağı gözlənilir”.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button