Prezidentdən AZAL-a tənqid: “Bəs, bunun gəliri haradadır?”
Prezidentdən AZAL-a tənqid: “Bəs, bunun gəliri haradadır?”
“AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir?”
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bugünkü müşavirədə çıxışı zamanı deyib.
“Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?”- deyə Prezident bildirib.