Prezidentdən “BakuBus”la bağlı sərəncam
Prezident İlham Əliyev “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətini Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi ilə əlaqədar sərəncam imzalayıb.
Bununla bağlı prezident.az saytı məlumat yayıb.
Sərəncamla Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla üç üzvdən ibarət Müşahidə Şurası yaradılır.
Dövlət başçısının digər sərəncamı ilə “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibi təsdiq edilib:
Müşahidə Şurasının sədri
Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini
Müşahidə Şurasının üzvləri
Şahin Babayev – Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının Maliyyə və hesabatlılıq şöbəsinin müdiri
Günel Cavadova – Azərbaycan İnvestisiya Holdinqinin Hüquq departamentinin direktoru.