Prezidentdən DTX-nin həbs etdiyi icra başçısının yerinə – TƏYİNAT

Prezident İlham Əliyev Balakən rayonuna yeni icra başçısı təyin edib.

Polise.az xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncamla Natiq Nuşravan oğlu Ağayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qeyd edək ki, yeni təyinatla əlaqədar Natiq Ağayev Göyçayın icra başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, ötən ay Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat zamanı Balakən rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayev həbs edilib. O, Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri üzrə təqsirli bilinir.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button