Prezidentdən separatçı bölgə ilə bağlı əmr: “Ələ keçirin”

Moldova Prezidenti Maya Sandu Dnestryanı bölgə ilə bağlı hərbi əməliyyat planı hazırlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

Kəşfiyyat qurumu qeyd edib ki, Moldova prezidenti hökumətlə enerji təhlükəsizliyi məsələləri ilə bağlı görüş keçirib. Xidmətin məlumatına görə, Sandu görüşdə Dnestryanıda yerləşən dövlət elektrik stansiyasını güc yolu ilə ələ keçirilməsini tələb edib.

Həmçinin görüş zamanı Sandu bildirib ki, Dnestryanı üzərində nəzarətin qurulması və bölgədə Rusiyanın hərbi varlığının aradan qaldırılması üçün əməliyyat planı hazırlamanlıdır.

Rusiya Xarici Kəşfiyyat Xidməti Moldova hökumətinin bölgədə müharibəyə hazırlaşdığını iddia edib.

Xatırladaq ki, Dnestryanı 1990-cı illərdə işğal edilmiş Moldova vilayətidir. Birtərəfli qaydada Moldovadan müstəqilliyini elan edən separatçı bölgə beynəlxalq səviyyədə tanınmır. Qondarma qurum Rusiya tərəfindən dəstəklənir.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button