Prezidentdən vacib XƏBƏRDARLIQ – Ətrafımızdakı qanlı toqquşmalar…

“Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və burada yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir”. Musavat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında səsləndirib.

İran Ukrayna, ABŞ ilə İsrail Rusiya olur | Modern.az

“Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir”, – deyə dövlət başçısı əlavə edib.
Prezident qanlı toqquşmalar deyərkən xüsusən şimal və cənub qonşularımızın iştirak etdiyi müharibələrə işarə edib. Bu eskalasiyalar isə təbii ki, regiona öz təsirini göstərir. Amma İlham Əliyev xəbərdar edir ki, Cənubi Qafqazda yerləşən ölkələr əldə olunan sabitlik imkanlarını əldən verməməlidir.
Bu mesaj Ermənistanadır. Amma fürsəti dəyərləndirmək üçün İrəvan və Tiflis daha nələr etməlidir? Regionu yeni eskalasiya riskləri gözləyirmi?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a deyib ki, dövlət başçısının sözlərində böyük həqiqət var və dünyada münaqişələr səngimir: “Bu müharibələr istənilən halda regiona təsirlərini göstərir. Elə bunun nəticəsidir ki, quru sərhədlərimiz hələ də qapalı saxlanır. Çünki təhlükəsizliyin təmin olunması hər şeydən vacibdir. Cənab Hikmət Hacıyev müsahibələrinin birində demişdi ki, biz özümüzü şimaldan cənubdan sıxılmış vəziyyətdə hiss edirik. Ona görə ki, iki qonşu ölkə müharibə şəraitindədir. Baxmayaraq ki, ABŞ və İran iki həftəlik atəşkəsə razılaşıb, bölgədə eskalasiya riski qalır, gərginlik davam edir, təhlükə həmişə var və yenidən hərbi əməliyyatlar bərpa oluna bilər. Bu mənada, cənab İlham Əliyev haqlıdır ki, biz regionda əldə etdiyimiz sabitliyi əldən verməməliyik. Bu da Cənubi Qafqaz ölkələrinin əməkdaşlığı gücləndirməsindən asılıdır”.

Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?! | Modern.az

Çingiz Qənizadə hesab edir ki, xüsusən Ermənistan sülh prosesinin inkişafı üçün konstruktiv mövqeyini davam etdirməli, kənar təsirlərə uymamalı, erməni cəmiyyətində revanşist ovqatı aradan qaldırmalıdır: “Əgər Ermənistan regionumuzda dayanıqlı sülh və təhlükəsizlik mühiti istəyirsə, onda konstitusiyasına dəyişiklik etməli, ərazi iddialarına son qoymalıdır ki, gərginliyə rəvac verməsin. Hazırda Cənubi Qafqaz uğrunda gedən rəqabət bölgədə sabitliyə təhdid sayılmalıdır. Amma region ölkələri sülh dövrünə qədəm qoyub və bu şans itirilməli deyil. Ona görə də Ermənistanda keçiriləcək seçkilərin nəticələri vacibdir. Paşinyan sentyabrda müharibə olacağını deməklə erməni cəmiyyətinə xitab edir ki, ya sülh, ya hərbə səs verməli olacaqlar. Bu baxımdan cənab Prezidentin mesajları olduqca mühüm məsələdir”.\Emil SalamoğluMusavat.com\

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button