Prezidenti İlham Əliyev Ermənistanla sülh sazişinin imzalanmasının konkret şərtini açıqlayıb.

Münxendə jurnalistlərin suallarını cavablandıran Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh sazişinin imzalanmasının konkret şərtini açıqlayıb.
Polise.az Musavat.com-a istinadən xəbər verir ki, dövlət başçısı bildirib ki, proses Bakının deyil, İrəvanın atacağı addımdan asılıdır.
Prezident vurğulayıb ki, Azərbaycanın mövqeyi artıq Ermənistan tərəfinə açıq şəkildə çatdırılıb: “Ermənistanın Konstitusiyasına dəyişikliklər edilməlidir. Bu dəyişikliklər edilən kimi sülh müqaviləsini növbəti gün imzalaya bilərik”.
İlham Əliyev qeyd edib ki, əslində iki ölkə arasında artıq faktiki sülh mövcuddur və əldə olunan razılaşmalar bunu təsdiqləyir: “Vaşinqton razılaşmaları və sülh müqaviləsinin paraflanması de-fakto sülh deməkdir. Sülhün rəsmiləşdirilməsi Ermənistan tərəfdən asılıdır”.
Prezident əlavə edib ki, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarıldıqdan sonra müqavilənin imzalanması dərhal mümkün olacaq.
Polise.az



