Prokurorluq Naxçıvanın sabiq daxili işlər nazirinin həbsi barədə məlumat yaydı
Azərbaycan Respublikası Baş Prokurorluğu Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun həbs edilməsini təsdiq edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Ə.Əhmədov prokurorluq əməkdaşları tərəfindən saxlanılıb.