Putin ərazi iddialarını genişləndirir – “Rus əsgəri hara ayaq basırsa, orada Rusiya var”

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Ukraynaya qarşı ərazi iddialarını genişləndirmək üçün “bufer zona” iddiasından bəhanə kimi istifadə edir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Qeyd olunub ki, Kreml sahibi iyunun 20-də Sankt-Peterburq İqtisadi Forumunda çıxışı zamanı Rusiya qoşunlarının Moskvanın qeyri-qanuni ilhaq etdiyi 4 regiondan (Luqansk, Donetsk, Zaporojye və Xerson) kənar ərazilərdə olduğunu bəyan edib, ardınca “Rus əsgəri hara ayaq basırsa, orada Rusiya var” deyimini xatırladıb:

“Həmçinin o, bildirib ki, prinsipcə Sumı şəhərinin Rusiya tərəfindən tutulmasını istisna etmir, baxmayaraq ki, onun sözlərinə görə, Rusiya hazırda bu məqsədi güdmür”.

İnstitutun analitikləri deyiblər ki, Rusiya rəsmiləri Prezident V.Putini işğal olunmuş Donetsk vilayətini Ukraynanın zərbələrindən qorumaq üçün Dnepropetrovsk vilayətində “bufer zona” yaratmağa çağırıb, həmçinin Rusiyanın Xarkov vilayətinin şimalına hücumunu Belqorod şəhərini Ukraynanın atəşindən qorumaq cəhdi kimi əsaslandırıblar.

ABŞ institutunun hesabatında vurğulanıb ki, Rusiya rəsmilərinin təklif etdiyi “bufer zona” şərqi Xarkov və Dnepropetrovsk vilayətlərinə – Rusiyanın hələ də ilhaq etmədiyi iki bölgəyə qədər uzanacaq:

“Kreml nümayiş etdirir ki, Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin ələ keçirilməsi onu qane etməyəcək və bufer zonalardan bu dörd regiondan kənarda öz ərazi ambisiyalarına haqq qazandırmaq üçün bəhanə kimi istifadə edəcək”.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button