Putin Azərbaycan və Ermənistan arasında nəqliyyat marşrutlarının bərpası haqda

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Qarabağdakı ticarət-iqtisadi əlaqələrin və nəqliyyat yollarının bərpası bölgədə münaqişədən sonrakı yenidənqurmanın və Ermənistanın inkişafının ən vacib hissəsidir.

Məlumatı “İnterfaks” yayıb.

“Əlbəttə ki, postmüharibə bərpa prosesinin vacib tərkib hissəsi regionda ticari-iqtisadi əlaqələrin və nəqliyyat marşrutlarının bərpasıdır ki, Ermənistan ölkənin inkişafı üçün yeni imkanlar əldə etsin”, – deyə Rusiya lideri Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar zamanı bildirib.

Putin həmçinin qeyd edib ki, “Ermənistan iqtisadiyyatına yatırılan bütün kapital qoyuluşlarının 40% – i Rusiya mənşəlidir”.

Hamısını Göstər

Related Articles

Back to top button