Putin: Azərbaycanla münasibətlər 2022-ci ildə imzalanmış Bəyannamə əsasında inkişaf edir

Rusiya ilə Azərbaycan arasında münasibətlər 2022-ci ilin əvvəlində imzalanmış Bəyannamə əsasında inkişaf edir.

Polise.az  xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşü zamanı deyib.

“Bəyannamə uğurla həyata keçirilir. Bu ilin aprelində Moskvaya səfəriniz ikitərəfli münasibətlərimizin inkişafına yaxşı təkan verib”, – o bildirib.

Rusiya Prezidenti, həmçinin ticari-iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb: “Biz Rusiyada ötən görüşümüzdə demişdik ki, 4 milyarddan bir qədər çox göstərici yaxşı rəqəmdir. Lakin bu, bizim imkanlarımızın potensialına uyğun gəlmir. Doğrudan da, burada təkcə energetikadan deyil, həm də sənaye kooperasiyalarından, nəqliyyat logistikasından, yüngül sənayedən danışmaq olar. Bizim birgə iş üçün çoxsaylı istiqamətlərimiz var”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button