Putin BƏƏ liderinə Ukrayna ilə məhbus mübadiləsinin təşkilinə görə təşəkkür edib

Rusiya Prezidenti Vladimir Putin BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyana ölkəsinin Ukrayna tərəfi ilə məhbus mübadiləsinin təşkilində göstərdiyi köməyə görə təşəkkür edib.

Polise.az bu barədə Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.

Rusiya lideri BƏƏ-dən olan həmkarı ilə Novo-Oqarevo iqamətgahında qeyri-rəsmi şam yeməyində danışıb.

Xatırladaq ki, oktyabrın 18-də Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə 95-95 formatında əsir mübadiləsi həyata keçirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button