Putin Moskvada Hakan Fidanla görüşdü

Rusiya Prezidenti Vladimir Putin Kremldə Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

Teleqraf xəbər verir ki, görüşdə həmçinin Rusiya XİN başçısı Sergey Lavrov və Türkiyənin Rusiyadakı səfiri Tanju Bilgiç də iştirak ediblər.

Qeyd edək ki, Hakan Fidan 26-27 may tarixlərində Rusiyada səfərdə olacaq.

Bu gün o, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski ilə görüşüb.

Mayın 27-də Hakan Fidanın Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcəyi gözlənilir. Görüş zamanı tərəflər ikitərəfli münasibətləri, həmçinin Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda baş tutan danışıqlarından sonrakı vəziyyəti müzakirə edəcəklər.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button