Putin Paşinyan haqda heç kəsin gözləmədiyi sözləri dedi: “Həll edilməli olan mürəkkəb və həssas məsələlər var”
“Ermənistandakı seçkilər göstərdi ki, xalqın Nikol Paşinyana etibarı var”.
“Sputnik”ə istinadən xəbər verilir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı seçkidəki qələbəyə görə təbrik edərkən səsləndirib:
“Ermənistandakı seçkilər göstərdi ki, xalqın Paşinyana etimadı var. Bu, ölkənin gələcək inkişafı üçün vacib şərtdir” – Putin vurğulayıb.
Kreml rəhbəri fikirlərini belə davam etdirib: “Düşünürəm ki, bu ilk növbədə Ermənistan və erməni xalqı üçün vacibdir. Həll edilməli olan mürəkkəb, kəskin və həssas məsələlər var və bunu yalnız səmərəli işləyərək həll etmək mümkündür”.



