Putin: “Qərb dövlətləri Rusiyanı parçalayaraq özünə tabe etmək istəyirlər”
Qərb dövlətləri belə böyük Rusiyanın lazım olmadığına inanaraq onu parçalamaq, özünə tabe etmək istəyirlər.
Polise.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” proqramına müsahibəsində deyib.
“Reallıq budur və sonralar mən buna tam 100% əmin oldum ki, Sovet İttifaqı dağılandan sonra Qərb siyasətçiləri hesab edirdilər ki, biz bir az səbirli olmalıyıq, indi Rusiyanı tamamilə çökdürəcəyik”, – deyə Putin bildirib.
O əlavə edib ki, Avropa standartlarına görə belə kifayət qədər böyük ölkə – dünyanın ən böyük ərazisi və digər Avropa ölkələri ilə müqayisədə kifayət qədər çox əhalisi olan dövlət ümumiyyətlə lazım deyil.
“ABŞ-ın tanınmış siyasi xadimi (ABŞ prezidentinin keçmiş müşaviri Zbiqnev) Bjezinskinin təklif etdiyi kimi, onu beş yerə bölmək və bu hissələri ayrıca tabe etmək və resurslardan istifadə etmək daha yaxşıdır”.
Polise.az