Putin Qərbi təhdid edib: F-16-lar işə düşərsə, üçüncü ölkələrin aerodromları qanuni hədəf olacaq
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya yardım edən üçüncü ölkələri hədələyərək onların aerodromlarının hədəfə alına biləcəyini bildirib.
Polise.az TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı ölkəsinin Tver vilayətində hərbi pilotlarla danışarkən deyib.
“Əgər F-16-lar üçüncü ölkələrin aerodromlarından Rusiya Silahlı Qüvvələrinə qarşı istifadə edilərsə, onlar Rusiya Federasiyası üçün qanuni hədəfə çevriləcəklər”, – Putin söyləyib.
Prezident vurğulayıb ki, sözügedən qırıcılar nüvə silahı daşıyıcısı ola bilər və Rusiya bunu nəzərə alır.
Bununla belə, Putinin fikrincə, Ukraynaya mümkün F-16 tədarükü döyüş meydanında vəziyyəti dəyişməyəcək:
“F-16-lar versələr <…> bu, döyüş meydanında vəziyyəti dəyişməyəcək. Bu gün tankları, zirehli texnikaları və digər texnikaları, o cümlədən çoxsaylı buraxılış raket sistemlərini məhv etdiyimiz kimi, təyyarələri də məhv edəcəyik”.