Putin: Rusiya güclü dəniz dövləti statusunu saxlamaq üçün hər şeyi edəcək

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ölkəsinin güclü dəniz dövləti statusunu dəstəkləmək və möhkəmləndirmək üçün əlindən gələni edəcək.
Teleqraf xəbər verir ki, Rusiya dövlət başçısı bunu “Arxangelsk” nüvə sualtı qayığının dənizçiləri ilə söhbəti zamanı deyib.
V.Putin vurğulayıb ki, Rusiya bir neçə əsrdir ki, qüdrətli dəniz dövləti olub və öz mövqelərindən əl çəkmək niyyətində deyil.
Prezident deyib: “Dəniz Donanmasının rolu ümumiyyətlə məlumdur: Rusiya əsrlər boyu güclü dəniz gücü olub. Və biz bu statusu saxlamaq üçün hər şeyi edəcəyik”,.
Dövlət başçısı Rusiyanın həm yeni suüstü, həm də sualtı gəmilər qurmaq planlarını açıqlayıb. Bundan əlavə, onların xüsusiyyətlərinin təkmilləşdirilməsinin zəruriliyini qeyd edib: “Onlar günün tələblərinə cavab verməlidirlər və əlbəttə ki, döyüşə hazır və sözün tam mənasında bilavasitə tarixi perspektivdə effektiv olmalıdırlar”.
Putin vurğulayıb ki, Rusiya donanması dövlətin strateji təhlükəsizliyinin əsasını təşkil edən silahdır.
Polise.az