Putin: “Rusiya Qarabağ münaqişənin sona çatması üçün hər şeyi edir”

Rusiya Prezidenti Vladimir Putin Ermənistanla Azərbaycan arasında sülhün qurulmasını, Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının mümkün olacağına ümid etdiyini bildirib.

“Bilirsiniz, Rusiya Cənubi Qafqazdakı münaqişəni sona çatdırmaq üçün özündən asılı olan hər şeyi edir və bir-birinə qarşı duran, eyni zamanda öz məqsədlərinə çatmaq üçün bir-birinə silahlardan nişan alan insanların həyatını qorumağa çalışır. Bizim dərin inamımıza görə, danışıqlar prosesi nəticəsində münaqişənin dinc həll yolu tapıla bilərdi”, deyə Vladimir Putin Rusiyada Milli Birlik Günündə dini birliklərin nümayəndələri ilə görüşündə deyib.

O, vurğulayıb ki, Rusiya həm Ermənistan, həm də Azərbaycanla təmasdadır: “Ümid edirəm ki, biz regionda yaşayan bütün insanları qane edəcək nəticəyə nail olacağıq”.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button