Putin Rusiyanı NATO ilə baş verə biləcək mümkün müharibəyə hazırlayır…

Kreml Rusiya cəmiyyətini və müdafiə sənayesini bazasını Ukrayna ilə uzun sürən və gələcəkdə NATO ilə baş verə biləcək mümkün müharibəyə hazırlayır.

Teleqraf xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Analitiklər qeyd ediblər ki, Kreml lideri Vladimir Putin mayın 30-da hərbi vəziyyət dövründə dövlət müdafiə sifarişlərini yerinə yetirməyən müdafiə sənayesi müəssisəsinin səhmdarlarının hüquqlarından məhrum edilməsinə icazə verən fərman imzalayıb.

Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin hökumət qarşısında müqavilə öhdəliklərini yerinə yetirmək üçün müəssisənin yeganə icra orqanı kimi çıxış edəcək bir idarəetmə şirkəti təyin edə biləcəyi güman edilir.

ISW qeyd edir ki, sənəd mülki aviasiya və gəmiqayırma müəssisələrinə, silahların hazırlanması və istehsalı şirkətlərinə, habelə dövlət subpodratçılarına şamil edilir.

“Putin çox güman ki, ölkədə tam hərbi rejim tətbiq edildiyi halda Rusiya hökumətinə iqtisadiyyatın elementlərini və müdafiə-sənaye bazasını rekvizisiya etməyə imkan verəcək hüquqi şərtlər qoyur”, – hesabatda deyilir.

ISW analitiklərinin fikrincə, Kreml Rusiya cəmiyyətini və iqtisadiyyatını Ukraynada uzun sürən müharibəyə hazırlayır ki, bu da Rusiyanın diplomatik nizamlanmaya nail olmaq üçün danışıqlarda iştirak etməkdə maraqlı olmadığını göstərir.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button