Putin Rusiyanın KTMT-dəki erməniəsilli nümayəndəsini vəzifəsindən azad edib

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) erməniəsilli nümayəndəsi Mikael Aqasandyanı vəzifəsindən azad edib.

Polise.az xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.

Bildirilib ki, Vladimir Putin erməni etnik qrupunun nümayəndəsini Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə elçisi Viktor Vasilyevlə əvəz edib.

Mütəxəssislər bunu Moskvanın ermənilərə etimad etməməsi kimi də dəyərləndiriblər.

Qeyd edək ki, Ermənistan hökuməti KTMT-də fəaliyyətini dondurduğunu bildirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button