Putin təyyarə qəzası ilə bağlı bəyanat verməyi planlaşdırmır – Peskov

Rusiya Prezidenti Vladimir Putin AZAL-ın təyyarə qəzası ilə bağlı bəyanatla çıxış etməyi planlaşdırmır.

Polise.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Xeyr, təyyarə qəzası mövzusunda çıxış planlaşdırılmır”, – deyə Peskov bildirib.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

Polise.az 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button