“PUTİN TEZLİKLƏ ÖLƏCƏK VƏ HƏR ŞEY BİTƏCƏK” – “O, ən çox bundan qorxur”

Rusiya Prezidenti Vladimir Putin tezliklə öləcək, sonra hər şey bitəcək.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Eurovision News”-a müsahibəsində deyib.

O qeyd edib ki, Putinin ən çox qorxduğu şey Rusiya cəmiyyətinin ona qarşı ayağa qalxmasıdır: “Cəmiyyətində sabitliyin pozulması onun qorxduğu şeydir. Amma heç kim buna təsir edə bilməz. O özü buna təsir göstərəcək. Onun iqtisadiyyatı təsir edəcək, sanksiyalar siyasəti təsir edəcək. Onun bütün ərazilərini nəzarətdə saxlaya və müdafiə edə bilməməsi, tərəfdaşlarımızın olduğu qədər güclü ola bilməməsi və bütün digər məsələlər birləşəcək. Əgər tərəfdaşlar real güclərini nümayiş etdirsələr və Putinə real təzyiq göstərsələr, onun cəmiyyəti sabitliyi itirəcək və o, bundan qorxacaq. Yəni, Putin bundan qorxur”.

Zelenskinin dediyinə görə, Putinin qorxduğu digər şey gücünü itirməsidir və onun fikrincə, artıq Kreml sahibinin sonuna az qalıb: “Bu, həm cəmiyyətin stabilliyindən, həm də onun yaşından asılıdır. O, tezliklə öləcək, bu faktdır və hər şey bitəcək”.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button