Putin: Ukraynanın Qara dənizlə əlaqəsi tam kəsilməlidir

ABŞ Prezidenti Donald Tramp Moskvanı sülh masasına oturmağa razı salmağa çalışsa da, Rusiyanın Ukraynanın Qara dənizlə əlaqələrini kəsə biləcək əraziləri işğal etmək üçün iddialı planları var.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” rəsmi mənbələrə istinadla məlumat yayıb.

Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Pavlo Palisa bildirib ki, Rusiya Ukraynanın şərqində mövcudluğunu genişləndirməyə çalışır. Bura payıza qədər Donetsk və Luqansk vilayətlərinin tam işğalı, ilin sonuna kimi isə şimal sərhədləri boyunca bufer zonanın yaradılması daxildir.

“Təəssüf ki, onlar sülhə yox, müharibəyə hazırlaşırlar”, – Palisa deyib.

Ukrayna rəsmisi Moskvanın gələn il üçün planlarının daha iddialı olduğunu iddia edib:

“Putin Dnepr çayının şərqindəki bütün Ukrayna ərazilərini işğal etməyə çalışır. Rusiya həmçinin Ukraynanın cənubundakı Odessa və Nikolayev vilayətlərini ələ keçirməyə ümid edir ki, bu da Ukraynanın taxıl ixracı üçün mühüm kanal olan Qara dənizlə əlaqəsinin tamamilə kəsilməsinə səbəb olacaq”.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button