Putinin davranışı Xameneini narazı saldı

Rusiyanın İranı İsrail və ABŞ ilə münaqişədə istədiyi kimi dəstəkləməməsi Tehranı narazı salıb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters”ə İran rəsmiləri deyiblər.

Agentliyin mənbələrinə görə, İran Rusiyanın münaqişə ərzində ona verdiyi dəstəkdən razı deyil:

“Bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşdə İran xarici işlər naziri Abbas Əraqçi məhz bu mesajı çatdırıb”.

Məlumata görə, Əraqçi görüşdə Putinə bildirib ki, İranın Ali rəhbəri Əli Xamenei ondan daha çox yardım gözləyir.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button