Putinin hədəfindəki doqquz dövlət: Üçü keçmiş sovet ölkəsidir

Ukraynadakı müharibə fonunda Avropa ölkələri ilə münasibətlərdəki gərginlik səbəbindən Rusiyanın NATO və Aİ-yə üzv ölkələrə hücum etməsi ehtimalı yüksək olan hal kimi qiymətləndirilir.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadla “The Wall Street Journal” məlumat yayıb.

Əvvəllər hesab edilirdi ki, Rusiya 2029-cu ilə qədər NATO-ya təhdid yarada bilməyəcək. İndi isə Qərbdə o konsensus formalaşır ki, belə bir böhran daha erkən – Avropa hələ müqavimət göstərmək imkanına malik olmadan baş verə bilər.

“Fikrimizcə, Rusiya bir il ərzində böyük sayda qoşunları köçürə biləcək. Artıq strateji ehtiyatlarını artırırlar, NATO sərhədləri boyunca mövcudluq və resurslarını genişləndirirlər. Baş verənləri görürük”, – Niderlandın müdafiə naziri Ruben Brekelmans deyib.

WSJ iddia edir ki, Rusiya üçün ən açıq hədəflər əvvəllər SSRİ-nin tərkibində olmuş ölkələr – Litva, Latviya və Estoniyadır. NATO-nun hərbi strateqləri Rusiyanın İsveç, Finlandiya və Danimarkanın Baltik dənizindəki adaları, Polşanın bəzi əraziləri, Norveç və Finlandiyanın şimal ucqarları və Avropadakı strateji infrastruktur, hətta Niderlandın Rotterdam limanına qədər zərbə kampaniyası barədə potensial planlarından narahatdırlar.

Litva Silahlı Qüvvələrinin Baş Qərargah rəisi kontr-admiral Gedrius Premenetskas da belə bir təhlükəni real hesab edir, amma o, bu zaman Rusiyanın üzləşəcəyi təhlükəyə də diqqət çəkib:

“Rusiyanın Kalininqradı qoruması dilemma olacaq. Rusiya nəsə etməyə başlasa, NATO açıq şəkildə bəyan etməlidir ki, bu halda Rusiya Kalininqradı itirəcək”.

Almaniya Müdafiə Nazirliyinin keçmiş rəsmisi Niko Lanqx hesab edir ki, Rusiya lideri Vladimir Putin Avropanın toparlanmasına imkan vermədən hücum əmri verə bilər:

“Əgər məqsəd NATO-nun kollektiv müdafiəyə dair 5-ci maddəsinin işləmədiyini göstərmək və Avropanı parçalamaqdırsa, buna iradə lazımdır, həddindən artıq böyük hərbi imkanlar yox. Putin niyə avropalıların hazır olmasını gözləməlidir?”.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button