Putinin hədəfindəki dörd ölkə: “Ukraynadan sonra növbə onlarındır”

Ukraynanın Rusiya ərazisindəki hədəflərə qarşı uzaqmənzilli ATACMS raketlərindən istifadəsinin Üçüncü Dünya Müharibəsinə səbəb olacağı inandırıcı görünmür, amma müharibənin miqyasının daha da genişlənməsinə töhfə verə bilər.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı analitik Maykl Daş deyib.

“Hesab edirəm ki, Baydenin Ukraynaya Rusiyanın dərinliklərindəki hədəfləri vura bilən Amerika silahlarından istifadə etməyə icazə vermək qərarı təhlükəli və mənasızdır”, – ekspert bildirib.

Daşın fikrincə, bu qərar təhlükəlidir, ATACMS-dan istifadə ABŞ və ya NATO-nun savaşda birbaşa iştirakı tələbini gündəmə gətirə bilər. Həmçinin, o hesab edir ki, bu qərarda nikbinlik də var – ən azı Rusiyaya təzyiq rıçaqlarının tapılması məsələsində.

Ukraynalı politoloq Robert Romançuka görə, Üçüncü Dünya Müharibəsi artıq başlayıb:

“Qarşı tərəfə baxın: Rusiya, Çin, İran və Şimali Koreya. Rusiyanın Ukraynadakı müharibəsi Çin sənayesi, İran PUA-ları, Şimali Koreyanın hərbi sursatları və hər gecə ukraynalı mülki vətəndaşları öldürən raketləri, indi isə Şimali Koreya qoşunlarının dəstəyi ilə aparılır.

Digər yanda isə Qərbin minimal yardım göstərdiyi Ukrayna var. Rusiya Ukraynanı məğlub etsə, o zaman diqqətini Polşa və Baltikyanı ölkələrə (Latviya, Estoniya, Litva) yönəldəcək”.

Amerikalı ekspert Riçard Betts iddia edir ki, eskalasiya riski azdır: “Çünki Kreml sahibi Vladimir Putin Donald Trampın ABŞ prezidenti postuna gəlməsini və Vaşinqtonun Ukrayna ilə bağlı siyasətini dəyişdirməsini gözləyə bilər”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button