Putinin nümayəndəsi ABŞ-də pis qarşılanıb – Ağ Ev Kirill Dmitriyevi “rus təbliğatçısı” adlandırdı

Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RFPI) rəhbəri və Prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ-yə səfəri barədə məlumat yayıb.
Dmitriyev açıqlamasında bildirib ki, Rusiya nümayəndə heyəti artıq üç gündür ABŞ-də səfərdədir və orada Putinin Rusiyaya təzyiqin mənasız olması barədə mövqeyini çatdırır. “Biz Rusiya ilə ABŞ arasında dialoqu pozmaq üçün titanik səylər görürük”, – deyə o bildirib, lakin bu səylərin kim tərəfindən göstərildiyini açıqlamayıb.
Rusiya nümayəndəsi həmçinin ABŞ administrasiyası təmsilçilərinə Putinlə Rusiya Baş Qərargahı rəhbərliyinin son görüşü barədə məlumat verdiyini söyləyib. Onun sözlərinə görə, görüşdə “Burevestnik” qanadlı raketinin uğurlu sınaqları və Ukrayna ordusunun Kupyansk istiqamətində mühasirəyə alınması ilə bağlı bəyanatlar səsləndirilib.
Dmitriyevin sözlərinə görə, yaxın vaxtlarda ABŞ Konqresi üzvləri ilə Rusiya Dövlət Duması nümayəndələrinin görüşü planlaşdırılır. O, səfər çərçivəsində Konqres üzvü Anna Paulina Luna ilə görüşdüyünü də təsdiqləyib. Luna Ukrayna müharibəsi ilə bağlı tez-tez Moskvanın mövqeyini təkrarlayan açıqlamalar verir. Qeyd olunur ki, bir müddət əvvəl Rusiya səfirliyi ona Prezident Con Kennedinin qətli ilə bağlı sovet arxivlərindən sənədlər təqdim edib.
Dmitriyev ABŞ-də başqa kimlərlə görüşdüyünü açıqlamayıb. KİV-də yayılan məlumata görə, onun ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşü də planlaşdırılmışdı, lakin bu görüşün baş tutub-tutmadığı barədə məlumat yoxdur.
Bessentin sözlərinə görə, Rusiya iqtisadiyyatı hazırda faktiki olaraq hərbi iqtisadiyyat vəziyyətindədir, iqtisadi artım sıfıra bərabər, inflyasiya isə 20 faizdən yüksəkdir. Nazir əlavə edib ki, Dmitriyev bu reallığı etiraf edə bilməzdi, “çünki Moskvada onu belə başa düşməzlərdi”.
Səfərin maraqlı detalı kimi Dmitriyev sosial şəbəkələrdə ABŞ rəsmilərinə Vladimir Putinin sitatları yazılmış şokolad konfetləri hədiyyə etdiyini də bildirib. Mətbuatda yazılır ki, həmin konfetlərin üzərində “Rusiyanın sərhədləri heç yerdə bitmir” və “Diş azaldıqca, sıyığa sevgi artır” kimi ifadələr yer alıb. Rusiya mediasının məlumatına görə, bu paylaşımın ardından konfetlər ölkə daxilində onlayn platformalarda tam satılıb. \“AzPolitika.info”\
Polise.az



