“Putinin şərtlərilə sülh olmayacaq” – Avropa dirənir

Ukrayna üzrə növbəti sülh sammiti Rusiya Federasiyasının iştirakı ilə keçirilməlidir, lakin Putinin irəli sürdüyü şərtlərlə yox.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Avropa İttifaqı diplomatiyasının rəhbəri Josep Borrell deyib.

O, Putinin təhdid və şantaj dilinin qəbul edilməyəcəyini qeyd edib: “Bəs biz Putinin Orbanın Moskvaya səfəri zamanı dediklərini necə qəbul etməliyik? Bəli, əlbəttə ki, biz diplomatik danışıqlar yolu ilə sülhə ümid etməliyik, amma müəyyən əsaslarla. Bunlar Putinin dediyi əsaslar ola bilməz”.

Xatırladaq ki, bundan əvvəl Ukraynanın noyabrda ABŞ-də keçiriləcək seçkilərdən əvvəl Rusiyanın iştirakı ilə İkinci Sülh Sammitini keçirməyi planlaşdırdığı bildirilirdi. Bununla belə, Rusiya Zelenskinin Sülh Formulu üzrə danışıqlarda iştiraka razı olmadığını bəyan edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button