PUTİNİN “SAĞ ƏLİ” MİQRANTLARI HƏDƏLƏDİ – Rusiyaya gedənlərə xəbərdarlıq

“Heç bir arvad, ər, nənə, baba, uşaq Rusiyaya gətirilə bilməz…”
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrikin son açıqlamaları ölkədə və postesovet regionunda geniş müzakirələrə səbəb olub. O, Rusiyaya gələn miqrantların, xüsusən də Mərkəzi Asiya ölkələrindən gələnlərin bir çoxunun “gələcək cinayətkarlar” olduğunu bildirib və onlara qarşı sərt tədbirlər görülməsini təklif edib.
Bastrikin sözlərinə görə, “bizə gələnlər əvvəlcədən potensial cinayətkarlardır – yəni, bu şəxslər Rusiyaya cinayətkarlıq meyli ilə daxil olurlar”.
Xatırladaq ki, Aleksandr Bastrikin Prezident Vladimir Putinin tələbə yoldaşı, yaxın dostu və “sağ əli” hesab olunur. Onun bu fikirləri milyonlarla miqrantı öncədən qınamaq və onlara qarşı qərəzli münasibəti rəsmi səviyyədə ifadə etmək kimi qəbul edilir, həmçinin ksenofobiyanın təzahürüdür.
Bastrikin təkcə miqrantların kriminal meyillərini qabartmaqla kifayətlənməyib, həm də onların Rusiyaya ailə üzvləri ilə gəlməsini qadağan etməyi təklif edib.
Polise.az