Putinin ultimatumu almanları niyə qorxuya salıb? – Berlin hər şeyi qurban verməyə hazırdır

Rusiyanın təbii qaz ixracı üçün ödənişləri rublla tələb etməsi Avropa ölkələrini çətin vəziyyətlə üz-üzə qoyub.

Rəsmi Berlinin bu tələbdən imtina etməsi Almaniyanın bütün sənaye sektorunu təhlükə altına qoyur. Bu barədə Almaniyanın “Süddeutsche Zeitung” qəzetində dərc edilən məqalədə qeyd olunub. Məqalənin müəllifləri Almaniya müəssisələrindəki vəziyyəti diqqətlə təhlil edərək, Putinin qərarından imtinanın yerli sənayeyə hansı istiqamətlərdə təsir edəcəyni açıqlayıblar.

Müəlliflərin yazdığına görə, bir neçə avtomobil şirkətinin rəhbərliyi Almaniyanın qərarını öyrəndikdən sonra dərhal həyəcan təbili çalmağa başlayıb. Almanlar Putinin ultimatumundan sonra ölkə sənayesinə təbii qazın verilməsinin tamamilə dayandırılmasından qorxurlar. Bunun  iqtisadiyyatın bütün sektorunu məhv olmaq həddinə çatdıracağını bildirirlər:

“Hökumətin qaza görə ödənişi rublla etməkdən boyun qaçırması Almaniyada avtomobil istehsalına son dərəcə mənfi təsir göstərəcək. Bu halda iş yerləri də risk altında olacaq” – deyə məqalədə əks olunur.

Qeyd edək ki, Almaniya sənayesində təbii qaz avtomobillərin, polad məmulatlarının, gübrələrin və digər mühüm məhsulların istehsalı üçün lazımdır. Bundan əlavə müxtəlif kimyəvi maddələrin yaradılmasında Rusiya xammalı böyük rol oynayır. Lakin Almaniya hakimiyyətinin reaksiyası onu göstərir ki, Berlin beynəlxalq arenada siyasi mövqeyini sərgiləmək üçün iqtisadiyyatın bütün sahələrini qurban verməyə hazırdır.

Hamısını Göstər

Related Articles

Back to top button