Putinin xüsusi nümayəndəsi Qrenlandiya ilə bağlı “sirri” açdı

Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Qrenlandiyanın qlobal iqlim proseslərində oynadığı rolu “strateji rıçaq” kimi xarakterizə edib.
Musavat.com xəbər verir ki, Putinin xüsusi nümayəndəsi Kirill Dmitriev Arktikada buzların əriməsinin qlobal istiləşməni sürətləndirən əsas mexanizmlərdən biri olduğunu bildirib.
Onun sözlərinə görə, buz örtüyü azaldıqca istiləşmə daha da güclənir, əbədi donuşluq (permafrost) isə illərlə yığılıb qalmış karbonu — karbon qazı (CO₂) və metanı — atmosferə buraxır. Bu proses zəncirvari təsir yaradaraq qlobal temperatur artımını daha da sürətləndirir.
Dmitriyev vurğulayıb ki, iqlim dəyişikliyi fonunda gələcəkdə şimal əraziləri Yer üzündə yaşamaq üçün daha əlverişli zonalara çevrilə bilər. Onun fikrincə, məhz bu səbəbdən Qrenlandiya və ümumilikdə Arktika bölgəsi böyük güclərin uzunmüddətli strategiyalarında xüsusi yer tutur.




