“Putinlə görüşüm insan həyatlarının xilas olunmasına kömək edəcək” – Tramp

“Yaxın günlərdə Ukrayna ilə bağlı yaxşı xəbərlər üzə çıxa bilər…”
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, o, Rusiya diktatoru Vladimir Putinlə görüşmək niyyətindədir.
Moderator.az xəbər verir ki, bu barədə o, Yaxın Şərqə səfəri çərçivəsində bəyan edib. Məlumatı “NBC News” nəşri yayıb.
“Sıx iş qrafikim mənə Putinlə görüşməyə mane olmayacaq, çünki bu görüş insan həyatlarının xilasına səbəb ola bilər”, – Tramp deyib. O, əlavə edib ki, Putin onun İstanbulda keçiriləcək danışıqlarda iştirak etməsini istəyir. Bununla belə, Tramp Türkiyəyə gedib-getməyəcəyi barədə konkret fikir bildirməyib.
“Putin mənim Türkiyədə mümkün sülh danışıqlarında iştirak etməyimi istəyir, bu hələ də mümkündür”, – Tramp əlavə edib. O, həmçinin bəyan edib ki, “Ukrayna ilə bağlı yaxşı xəbərlər” yaxın günlərdə üzə çıxa bilər. Bu bəyanatı o, Qətər əmiri Təmim bin Həmad Əl Tani ilə görüşü zamanı verib.
“Məncə, bu gün, bəlkə sabah, bəlkə də cümə günü, düzünü desəm, bizi kifayət qədər yaxşı xəbərlər gözləyir. Gözləyək, görək”, – Tramp bildirib. O, vurğulayıb ki, Vaşinqton Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etmək imkanını daim nəzərdən keçirir.
Xatırladaq ki, dünən, mayın 13-də Tramp Ukrayna ilə Rusiya arasında Türkiyədə keçiriləcək danışıqlarla bağlı açıqlama verib. O, görüşün uğurlu keçəcəyinə ümid etdiyini bildirib. Bundan əlavə, ABŞ lideri qeyd edib ki, Türkiyədəki danışıqlara Dövlət katibi Marko Rubio və onun administrasiyasının digər üzvləri də qatılacaq.
Fransa və ABŞ Moskvaya qarşı sərt sanksiyaları müzakirə edəcək
Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro daha öncə bəyan edib ki, o, mayın 15-də Türkiyədə ABŞ senatoru Lindsi Qremlə görüşməyi planlaşdırır. Onun sözlərinə görə, ABŞ və Avropa “Rusiyanı müharibəni dayandırmağa məcbur etmək üçün dağıdıcı sanksiyalara hazırlaşmalıdır”.
Barro vurğulayıb ki, Moskva Avropa və ABŞ-ın tətbiq etdiyi blokadanı aşmağın yollarını tapıb. Nazir hesab edir ki, daha sərt sanksiyalar tətbiq etmək “Rusiyanın boğazından yapışmaq” yoludur. Onun fikrincə, “Rusiya iqtisadiyyatını birdəfəlik boğacaq” yeni tədbirlər üzərində işləmək lazımdır.
Polise.az 
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button