Qəbələdə vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər həyata keçiriblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, əməliyyat yolu ilə rayon sakinindən müvafiq sənədləri olmayan 1 ədəd tüfəng aşkarlanıb.

Aparılan profilaktik tədbirlər nəticəsində isə sənədləri olmayan 10 ədəd tüfəngi vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button