Qəddafinin oğlu azadlığa çıxdı
Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Saadi Tripoli həbsxanasından çıxıb.
Bundan sonra o, dərhal Türkiyənin İstanbul şəhərinə yollanıb.
Qeyd edək ki, 2001-2002 mövsümündə Liviya çempionatının bombardiri olan Saadi Qəddafi, 2003-2007-ci illərdə peşəkar futbolçu kimi İtaliya klublarında oynayıb.
2011-ci ildə Müəmmar Qəddafi rejimi devrildikdən sonra Saadi Nigerə qaçıb. Lakin bu uzun çəkməyib: O, 2014-cü ildə Liviyanın yeni hakimiyyət orqanlarına təhvil verilib.
Qəddafinin oğlu 2011-ci ildə keçirilən aksiyalarda nümayişçilərə qarşı cinayətlərdə, həmçinin Liviyanın futbol məşqçisi Bəşir əl-Rayaninin öldürülməsində (2005) təqsirli bilinib. 2018 -ci ildə məhkəmə ona qarşı qətllə bağlı ittihamı ləğv edib.