Qərbi Avropa ölkələri Rusiyanın enerji təchizatından asılılığı azaltmaq istəyirlər
Almaniya və Norveç Rusiyadan enerji tədarükündən Avropanın asılılığını azaltmaq üçün iki ölkəni birləşdirəcək hidrogen boru kəmərinin tikintisini nəzərdən keçirir.
Bu bəyanatla Almaniyanın iqtisadiyyat naziri Robert Habek və Norveçin Baş naziri Yonas Qar Stere çıxış edib.
Onun sözlərinə görə, ölkələr yaxın vaxtlarda layihənin texniki-iqtisadi əsaslandırmasını aparmağı planlaşdırır ki, bu da son nəticədə Norveçdən Almaniyaya “yaşıl” hidrogeni nəql etməyə imkan verəcək.