Qərbi “görməyəcəklər” mesajının şifrələri

Ekspertlər də o fikirdədir ki, imperialist güclərin müstəqil siyasət yürüdən ölkəyə qarşı apardıqları “səlib yürüşü” heç bir nəticə verməyəcək 

“Bu gün dünyada gedən proseslər göz qabağındadır. Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi – bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik. Çünki xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, təbii ki, bizim tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. 

Artıq 30 ilə yaxındır ki, Azərbaycan sabitlik şəraitində yaşayır və əminəm ki, bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq”. Bu sözləri Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.

Qeyd edək ki, Prezident son aylar bir neçə dəfə Qərbin Cənubi Qafqaz respublikalarının işinə müdaxilə siyasətini pisləyib. Noyabrda COP29-dakı çıxışında isə bu barədə daha konkret danışmışdı.

“Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəlliyiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın”, – deyə Prezident bildirib.

Prezident hansı qüvvələrə mesaj göndərir? Qərb 2025-də Cənubi Qafqazdan çəkiləcək, yoxsa…

YAP-çı deputat Aydın Mirzəzadə Azərbaycanın bütün bu təzyiqlərə qarşı göstərdiyi dirənişin və atdığı addımların daim bəhrə verdiyini bildirdi: “Yeni yaranan müstəqil dövlətlərin ilk dövrləri olduqca çətin keçir. Onun daxili işlərinə qarışmaq, yerinə qərar vermək həvəsində olan xarici dairələrin sayı kifayət qədər çox olur. Ən əsası, onlar ölkədaxili işlərə qarışmağı demokratiya, insan hüquqları, mətbuat azadlığı şüarları ilə pərdələməyə çalışırlar. Bunun arxasında isə həmin ölkənin əsl müstəqilliyini əlindən almaq, onun qərar qəbul etmə hüququnu xaricdə həll etmək məqsədi dayanır. Bu həm də həmin ölkənin təbii sərvətlərindən əldə olunan gəlirləri xaricə yönəltmək məqsədinə xidmət edir. Həmçinin təsir altına alınan dövlətləri xaricdə müəyyən dairələr qonşu dövlətlərə platsdarm kimi də istifadə etməyə çalışırlar. Bütün bu cəhdlər Azərbaycan üçün kifayət qədər real olub. 90-cı illərdə Azərbaycana artıq keçmiş olan ağır Dağlıq Qarabağ probleminin daxildə yaradılması, ölkə daxilində “5-ci kolon”un formalaşdırılması və ona xaricdən dəstək verilməsi yaxın tariximizin mühüm səhifələrindən biridir. Digər tərəfdən, demokratiya pərdəsi altında gizlənərək Azərbaycanda xaricdən asılı olan siyasi təşkilatların və qeyri-hökumət təşkilatlarının formalaşmasına çalışdılar. Azərbaycan dövləti bunun qarşısını almaq üçün çox ciddi addımlar atdı. İnkişaf etmiş demokratik ölkələrin təcrübəsindən yararlanaraq, Azərbaycan siyasi təşkilatlarda QHT-lərin xaricdən maliyyələşməsinin qarşısını birmənalı şəkildə aldı. Azərbaycana növbəti hücum isə daxildə xaricə bağlı olan mətbuat orqanlarının yaradılması cəhdləri ilə müşahidə olundu. Bu istiqamətdə də Azərbaycanın atdığı addımlar öz nəticəsini verdi və xarici dairələr Azərbaycanın daxili işlərinə qarışmağın mümkün olmadığını gördülər.

Aydın Mirzəzadə: Ermənistan işğal dövründə minalara 400 milyon dollar xərcləyib | Baku.ws Xəbər saytı - Son xəbərlər və Hadisələr

Aydın Mirzəzadə 

Bununla yanaşı, bəzi beynəlxalq təşkilatlar Azərbaycan əleyhinə müxtəlif qətnamələrin qəbul edilməsinə çalışırlar. Ancaq bunların nəticəsi yoxdur. Azərbaycan öz dövlət müstəqilliyini qorumaq əzmindədir. Azərbaycan cəmiyyəti bu gün Azərbaycanın müstəqilliyini, ölkənin öz məsələlərini müstəqil şəkildə həll etmək prinsipini hər şeydən üstün tutur. Cənab Prezidentimizin həyata keçirdiyi siyasət bu gün Azərbaycanın milli maraqlarına tam cavab verir. Onun bu ilin fevralında keçirilmiş növbədənkənar Prezident seçkisində mütləq səslə qalib gəlməsi onun siyasi kursunun cəmiyyətdə dəstək qazandığının bariz nümunəsi oldu. Cənab Prezidentimizin həmçinin vaxtaşırı beynəlxalq informasiya vasitələrinə verdiyi müsahibələrdə Azərbaycanın müstəqillik ideyası qəti şəkildə qorunur. Xarici dairələr Azərbaycan liderinin xalqın dəstəyinə söykənərək dövlətinin maraqlarını qoruduğunun fərqindədilər. Hesab edirəm ki, Azərbaycanın bu siyasi kursu, bu qətiyyəti dünya üçün bir nümunədir. Dünyanın müxtəlif regionlarında müxtəlif dövlətlərin daxili işlərinə qarışmaq cəhdləri kifayət qədər böyükdür. Azərbaycan qətiyyəti və Azərbaycan nümunəsi göstərir ki, hətta öz cəmiyyətinə, milli ideologiyasına söykənərək, beynəlxalq hüquqi əsas götürən kiçik dövlətlər belə öz müstəqilliklərini qoruya bilərlər”.

“Bu gün dünya düzənində baş verən proseslər acı bir reallığı ortaya qoyub. Söhbət Qərbin imperialist güclərinin müstəqil siyasət yürüdən ölkələrə qarşı belə deyək ki, apardıqları “səlib yürüşü”ndən gedir”.

Vüqar İskəndərov: Almaniya Azərbaycanın əhəmiyyətini qəbul edir - AZƏRTAC

 Vüqar İskəndərov

Bu fikirləri “Yeni Müsavat”a açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib. Onun sözlərinə görə, Azərbaycan da həmin qüvvələrin hədəfindədir: “Çünki ölkəmiz də müstəqil siyasət həyata keçirir. Azərbaycan imperialist güclərin qaranlıq istəklərinə qarşı əzmkarlıq göstərir. Bu isə həmin qüvvələri daha da azğınlaşdırır. Bu qara, imperialist qüvvələrin arzuları gözlərində qalacaq. Cənab Prezidentin də bəyan etdiyi kimi, həmin qüvvələr öz məqsədlərinə çatmayacaq. Çünki xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, təbii ki, bizim tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. Artıq 30 ilə yaxındır ki, dövlət başçısının da bəyan etdiyi kimi, Azərbaycan sabitlik şəraitində yaşayır və əminəm ki, bundan sonra da əbədi sabitlik şəraitində yaşayacaq”.

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini öyrənməyə həvəsli görünürlər” Pravda.az

Siyasi təhlilçi Sona Əliyeva son 21 ildəki Azərbaycan siyasətinin zirvə nöqtəsindən söz açdı: “Prezident İlham Əliyev hazırda çoxqütblü dünyanın konfiqurasiyasına uyğun çoxgedişli oyun qurucusu kimi dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Təbii ki, Qərbdəki və digər qütblərdəki müəyyən dairələr Azərbaycanın bu uğurlarını həzm edə bilmirlər. Ona görə də ölkəmizə qarşı çirkin kampaniyalara başlayıblar. ABŞ-ın Bayden administrasiyası, Fransa və Avropa İttifaqının “Soros”çu əlaltıları ölkəmizə və onun başçısına qarşı hücumları, təzyiqləri artırıblar. Azərbaycan indi güclü dövlətdir və Bakı Cənubi Qafqazı da əbədi sülh yolu ilə aparmaq üçün əlindən gələni edir. İmperialist qüvvələr isə buna qarşıdır. Çünki Əliyevin kapitanlığındakı ölkəmiz həmin qütblərin və dairələrin planlarını pozur. Bakı Ankara ilə birgə dünya nizamına yeni çətirlə – Türk Birliyi ilə gəlir. Qərb isə bunu qəfiyyətlə istəmədiyini açıq formada ifadə edir. Qərb koalisiyası Güney Qafqazda möhkəmlənmək üçün onun açarına – Azərbaycana sahib olmaq istəyir. Bakı isə  ənənəvi balanslı siyasət kursuna sadiqdir. Qərb Gürcüstandakı məğlubiyyətini həzm edə bilmir və bu yenilgini kilid nöqtəsinə – Bakıya sahiblənməklə əldə etməyi düşünür. Ancaq Avropada və Amerikada bir nüansı unudurlar ki, Azərbaycan 100 il öncəki Odlar Yurdu deyil.

Bu gedişlə 2025-ci ildə Qərb Bakıya qarşı yeni həmlələr edəcək. Onun nüfuzunu sarsıtmağa çalışacaq. Bu güc   mövcud olduqca iradəmizi sarsıtmaq mümkün olmayacaq”.\Cavanşir ABBASLI, “Yeni Müsavat”\

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button