Qətər İranın Azərbaycana dron hücumunu pisləyib

Qətər Dövləti Azərbaycanın Naxçıvan hava limanına İranın pilotsuz uçuş aparatları (PUA) ilə endirilən zərbələri qətiyyətlə pisləyir.

Bu barədə “Report” Qətər Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

Bəyanatda qeyd olunub ki, Qətər Dövləti qardaş Türkiyə Respublikasına ballistik raketlə zərbə endirmək cəhdini və Azərbaycan Respublikasında hava limanına İran PUA-larla endirilən zərbələri qətiyyətlə pisləyir.

“Bu düşmənçilik hərəkətləri İranın silsilə məsuliyyətsiz hücumları çərçivəsində təhlükəli eskalasiya və dövlətlərin suverenliyinin kobud şəkildə pozulması, eləcə də regionun təhlükəsizliyi və sabitliyinə birbaşa təhdiddir”, – sənəddə bildirilib.

Xəbər yenilənir

 

 

Polisə.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button